“Bundesbank” Avropa Mərkəzi Bankı 19,2 milyard dollar zərər edib

17:33 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Almaniyanın ən böyük banklarından biri olan “Bundesbank” Avropa Mərkəzi Bankının (ECB) faiz siyasəti nəticəsində 1979-cu ildən sonra ilk dəfə ötən il rekord məbləğdə – 19,2 milyard avro zərər edib.

ABC.AZ xəbər verir ki, bu barədə bankın prezidenti Yoaxim Nagel Frankfurtda təşkil olunan mətbuat konfransında məlumat verib.

O, bu zərərin qarşıdakı illərdə daha az olacağını proqnozlaşdırdığını bildirib.

ECB-nin davamlı faiz artımları nəticəsində “Bundesbank”ın maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və ilin sonunda bankda cəmi 0,7 milyard avro ehtiyat qalıb. Buna baxmayaraq, faiz gəlirlərində azalma az olub. 2023-cü ildə bu azalma 13,9 milyard avro olduğu halda, ötən il bu rəqəm 13,1 milyard avro təşkil edib.