Ötən il ən çox güzəştli kredit hansı bölgələrə verilib?

16:25 - 25.02.2025


25 fevral, Fineko/abc.az. 2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondu 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, il ərzində verilmiş güzəştli kreditlərin regionlar üzrə saya görə bölgüsündə 5,3 faizi Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 94,7 faizi isə digər regionların payına düşüb.

Bu dövrdə verilmiş güzəştli kreditlərin məbləğə görə bölgüsündə isə 28 faizi Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 72 faizi isə digər regionların payına düşüb.