Avropanın ən böyük Bankına yeni vitse-prezident təyin edilib

14:24 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) yeni vitse-prezident seçilib.

ABC.AZ xəbər verir ki, bu barədə EBRD-nin məlumatında bildirilib.

Məlumata görə, Fatoumata Bouare Bankın yeni vitse-prezidenti, baş risk inzibatçısı vəzifəsinə təyin edib.

Yeni vəzifəsində xanım Bouare Risk İdarəetməsi, Ətraf Mühit və Davamlılıq, Biznes Dayanıqlığı və Satınalma Siyasəti və Məsləhət departamentlərinə rəhbərlik edəcək, həmçinin Bankın İcraiyyə Komitəsinin üzvü olacaq.

O, yeni vəzifəsinin icrasına bu il mayın 1-dən etibarən başlayacaq.