Valyuta hərracında bankların tələbi 34,4% artıb

12:35 - 25.02.2025


25 fevral, Fineko/abc.az.  25 fevral 2025-ci il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 52,4 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Bu, keçən hərracda olandan $13,4 mln. (34,36%) çoxdur. Fevralın 20-də keçirilən valyuta hərracında AMB 39 milyon dollar dəyərində valyuta satıb.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.