ABŞ-ın iqtisadi göstəriciləri ərəfəsində qızıl ucuzlaşır

11:23 - 21.02.2025


21 fevral, Fineko/abc.az. Ticarət meydançalarının məlumatlarına görə, cümə günü səhər qızılın qiyməti ABŞ iqtisadiyyatı ilə bağlı məlumatların çıxması ərəfəsində azalır.

ABC.AZ xəbər verir ki, saat 10.03-də Nyu-York Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 14.11 dollar və ya 0.48% - troya unsiyasına 2.941.99 dollara düşüb. Gümüşün mart fyuçerslərinin qiyməti 0,73% azalaraq bir unsiyaya 33,24 dollara düşüb.