12:33 - 20.02.2025
20 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 20-də keçirilən valyuta hərracında bankların tələbi 39 milyon dollar təşkil edib və tam təmin edilib.
Bu, ötən hərracdan 5,7 milyon dollar (12,8%) azdır. Fevralın 18-də valyuta hərracında Mərkəzi Bank 44,7 milyon dollar dəyərində valyuta satmışdı.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.
18 Avqust 2026