The Economic Observer bu bankı dünya səviyyəli texnoloji lider elan edib

14:34 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Asiyanın məşhur biznes nəşri The Economic Observer Rusiyanın Alfa-Bankını dünya səviyyəli texnoloji lider elan edib.

ABC.AZ xəbər verir ki, The Economic Observer jurnalı hər il biznes və fintech nailiyyətlərinə görə beynəlxalq mükafat təqdim edir.

Qeyd olunur ki, Alfa-Bank World-Class Technology Leadership Award nominasiyasında lider kimi qəbul edilib.