Bu ölkənin dövlət borcu rekord həddə çatıb

15:23 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Yaponiyanın dövlət borcu 2024-cü ilin sonunda ölkə tarixində ən yüksək səviyyəyə qalxaraq, təxminən 1.317,64 trilyon yenaya (indiki məzənnə ilə təxminən 8.7 trilyon dollar) çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Borc məbləği 2023-cü ilin sonundakı vəziyyətlə müqayisədə 31.8 trilyon yen (205 milyard dollardan çox) artıb.

“Kyodo” agentliyinin qeyd etdiyi kimi, dövlət büdcəsini təsdiq edən parlamentin aşağı palatasında çoxluğa malik olmadığı və vergilərin azaldılmasını və xərclərin artırılmasını tələb edən müxalifətin təzyiqi altında olduğunu nəzərə alsaq, Yaponiya hökuməti çətin ki, borcunu azalda bilsin.