11:48 - 10.02.2025
10 fevral, Fineko/abc.az. Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatında deyib.
O qeyd edib ki, 1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 dollar olub: “2023-cü ildə Azərbaycan ortagəlirli iqtisadiyyata çevrilib və bu rəqəmi 60 dəfə artıraraq 6600 dollara çatdırıb. Azərbaycan bu nəticəni əldə etmək üçün öz təbii ehtiyatlarından uğurla istifadə edib”.
18 Avqust 2026