Valyuta hərracında bankların tələbi 11,6% artıb

12:37 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, fevralın 4-də valyuta hərracında bankların tələbi 52,9 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 5,5 milyon dollar (11,6%) çoxdur. Yanvarın 30-da keçirilən valyuta hərracında AMB banklara 47,4 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.