Mərkəzi Bankın xarici valyuta ehtiyatları yanvarda bu qədər yüksəlib

12:01 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Mərkəzi Bank xarici valyuta ehtiyatlarını yanvar ayında  29 milyon dollar və ya  0.3 faiz artırmaqla 10 milyard 989 milyon dollara yüksəldib.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmlər Mərkəzi Bankın rəsmi internet səhifəsində öz əksini tapıb.

Bununla belə 2024-cü ilin oktyabr, noyabr və dekabr aylarındakı 836 milyon dollarlıq itkini hələ ki bərpa etməmiş sayılır. Mərkəzi Bank ilin son rübündə valyuta bazarında satışyönlü mövqedən çıxış etməsini müdaxilə ilə deyil, dövlət xərcləri ilə əlaqələndirmişdi.