14:10 - 30.01.2025
30 yanvar, Fineko/abc.az. ABŞ-nin digər ölkələrə yardımının dayandırılması Vaşinqtona 1 milyard dollardan çox lüzumsuz xərclərdən qaçmağa imkan verib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
“Bu ilkin mərhələdə ölkənin gündəliyinə uyğun olmayan məqsədlər üçün 1 milyard dollardan çox xərcləmənin qarşısı artıq alınıb. Daha əvvəl elan edilmiş 90 günlük ABŞ-nin digər ölkələrə yardımının dayandırılması və nəzərdən keçirilməsi artıq ABŞ üçün dividendlər gətirir. Biz lazımsız xərcləri aradan qaldırırıq”, – bəyanatda deyilir.
14 Avqust 2026
14 Avqust 2026