Valyuta hərracında bankların tələbi 21% azalıb

12:43 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, yanvarın 30-da keçirilən valyuta hərracında bankların tələbi 47,4 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 12,5 milyon dollar (20,9%) azdır. Yanvarın 28-də keçirilən valyuta hərracında AMB banklara 59,9 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.

2025-ci ilin yanvarında Mərkəzi Bank valyuta hərraclarında 498,8 milyon dollar satıb ki, bu da 2024-cü ilin yanvarından 19,6% çoxdur.

2024 - cü ildə valyuta hərraclarında Mərkəzi Bank banklara 7,169 milyard dollar, 2024 – cü ilin yanvarında 417,1 milyon dollar, fevral ayında 870,6 milyon dollar, mart ayında 498,3 milyon dollar, aprel ayında 623,4 milyon dollar, may ayında 558,6 milyon dollar, iyun ayında 581 milyon dollar, iyul ayında 597,1 milyon dollar, avqust ayında 649,1 milyon, sentyabrda – 582,87 milyon dollar, oktyabrda - 738,7 milyon dollar, noyabrda - 487,1 milyon dollar, dekabrda - 565,2 milyon dollar satıb.