2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza qarşı 2022,6 milyon manat az icra edilib

16:27 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2022,6 milyon manat (5,1 faiz) az icra edilib.

ABC.AZ Maliyyə Nazirliyinin ötən illə bağlı hedabatına istinadən xəbər verir ki, sözügedən dövrdə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

2024-cü il dövlət büdcəsi xərclərinin 21800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1532,2 milyon manat və ya 7,6 faiz çox), 14623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilib.