“Google Maps” Meksika körfəzinin adını dəyişir

15:22 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. “Google Maps” Meksika körfəzinin adını ABŞ coğrafi adlar sistemində rəsmi olaraq dəyişməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sistemdə yenilənmə baş verdikdən sonra sözüdən ad Amerika körfəzi olaraq dəyişəcək.

Qeyd edilir ki, dəyişikliyi ABŞ-dəki istifadəçilər görəcəklər, Meksikada ad dəyişməz qalacaq.

Bu, standart “Google” təcrübəsidir, məsələn, Yaponiya və Cənubi Koreya ilə həmsərhəd olan su hövzəsi Yaponiyada “Yapon dənizi”, Cənubi Koreyada isə “Şərq dənizi” adlanır.