12:38 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, yanvarın 21-də valyuta hərracında bankların tələbi 53,2 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 18,2 milyon dollar (25,5%) azdır. Yanvarın 16-da valyuta hərracında AMB banklara 71,4 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.
18 Avqust 2026