Banklar valyuta hərracında tələbi 5,9% azaldıb

12:32 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, yanvarın 14-də keçirilən valyuta hərracında bankların tələbi 68,3 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 4,3 milyon dollar (5,9%) azdır. Yanvarın 9-da valyuta hərracında AMB banklara 72,6 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.