16:31 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır.
ABC.AZ xəbər verir ki, bu barədə respublikanın iqtisadiyyat naziri Gevorq Papoyan yanvarın 13-də mətbuat konfransında bildirib.
"Biz Aİİ-nı heç nə ilə əvəz etmək istəmirik. Biz müstəqil olmaq istəyirik və müstəqillik o deməkdir ki, siz bir ölkədən asılı deyilsiniz, hamıdan asılısınız və hamı sizdən asılıdır", — deyə o, Yerevanın mövqeyini izah edib.
Papoyan bildirib ki, Ermənistan elə bir ölkə olmaq istəyir ki, iqtisadiyyatındakı problemlər digər dövlətlərin iqtisadiyyatlarında öz əksini tapsın. Bu, Yerevan üçün sarsıntıların olmamasına zəmanət verə bilər.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına qoşulma prosesinin başlanması təklifini dəstəkləmişdi. Bu təklifi indi respublika parlamenti nəzərdən keçirməlidir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026