Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb

10:40 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 634,5 milyon dollar məbləğində vəsait satılıb.

ABC.AZ fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,2 dəfə (484,6 milyon dollar) çoxdur.

2023-cü ilin dekabr ayında Dövlət Neft Fondu tərəfindən 149,9 milyon dollar məbləğində vəsait satılıb.

2024-cü ildə Dövlət Neft Fondu 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.

Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.