09:56 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. Suriyanın müvəqqəti hökuməti fevral ayından başlayaraq dövlət sektorunda çalışan işçilərin maaşlarının 400% artırıldığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə maliyyə naziri Məhəmməd Abazid məlumat verib.
O, bunu vətəndaş qarşıdurmasından sonra iqtisadiyyatın sabitləşməsinin zəruriliyi və xarici sanksiyaların təsiri ilə əlaqələndirib. Qeyd edək ki, azırda Suriyada 1.3 milyona yaxın məmur var.
Abazid aydınlaşdırıb ki, yanvar ayında təhsili, təcrübəsi və səriştəsi tələb olunan səviyyədə olan dövlət qulluqçularının maaşı artırılacaq. Onun sözlərinə görə, qərar büdcəyə 125 milyon dollara başa gələcək. Maliyyələşdirmə xarici yardım, investisiyalar və digər dövlətlərin aktivlərinin dondurulması yolu ilə həyata keçiriləcək.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026