Mixail Kavelaşvili Gürcüstanını prezidenti seçildi

12:01 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Mixail Kavelaşvili Gürcüstan Prezidenti vəzifəsinə başlayıb. Yeni dövlət başçısının andiçmə mərasimi Gürcüstan parlamentinin saytında yayımlanıb.

ABC.AZ xəbər verir ki, təntənəli mərasimdə Kavelaşvilinin ailə üzvləri, parlamentin deputatları, gürcü pravoslav kilsəsinin və digər dini konfessiyaların nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Acarıstan hökumətinin başçısı Tornike Riqvadze, Gürcüstan hökumətinin üzvləri və s. iştirak ediblər.

İnauqurasiyadan əvvəl Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili brifinq keçirilib və Prezident sarayından çıxacağını deyib. O, artıq Tbilisidə Orbeliani meydanında yerləşən Prezident sarayını tərk edərək tərəfdarlarının yanına gedib.