16:32 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Azərbaycan kommersiya banklarının əhaliyə verdiyi kredit və onlardan cəlb edilən depozit faizləri arasındakı fərq (faiz marjası) son bir ildə bir qədər də azalıb.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin dekabrın əvvəlinə əhaliyə verilən kreditlər ilə depozitlər arasındakı fərq 6.79 faiz bəndi təşkil edib. Bu öncəki ayda 6.86 faiz idi. Keçən ilin bu vaxtında isə 7.21 faiz bəndi təşkil etmişdi.
Noyabrın son məlumatlarına görə fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi 16.09 faiz, müddətli depozitlər üzrə isə 9.30 faiz olmuşdu.
Xarici valyutadakı bu marja isə 1.8 faiz bəndindən 1.47 faiz bəndinə düşüb. Keçən ilin eyni dövründə bu rəqəm 2.72 faiz idi.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026