12:09 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Mərkəzi Bank “BOKT AZPUL” MMC, “Merkuri BOKT” ASC və “Nova Credit BOKT” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 4 500 (dörd min beş yüz) manat məbləğində cərimə edilib.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Merkuri Bank olmayan kredit təşkilatı” ASC-nin vəzifəli şəxsi1 500 (min beş yüz) manat məbləğində cərimə edilib.
18 Avqust 2026