15:18 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. Amerika texnologiya nəhəngi “Amazon” Türkiyənin “Tezmaksan” şirkəti ilə yalnız Türkiyədə 1 min 500 peyk komponentinin istehsalı üçün tərəfdaşlıq sazişi imzalayıb.
ABC.AZ xəbər verir ki, istehsal Türkiyənin dörd əyaləti olan Sivas, Yozgat, Tokat və Kayseridə həyata keçiriləcək, ilk tədarük isə 2025-ci ilin birinci rübündə gözlənilir. “Amazon”, peyk şəbəkəsi vasitəsilə qlobal internet əhatə dairəsini təmin etmək layihəsi çərçivəsində bu komponentlərin istehsalına başlamağı planlaşdırır.
“Amazon”un istehsalını ABŞ və Meksikadan Türkiyəyə köçürmək qərarı iqtisadi səmərəlilik və yerli təcrübə nəzərə alınmaqla qəbul edilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026