14:53 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verir.
AAYDA-dan ABC.AZ-a daxil olan məlumata görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılacaq.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026