11:37 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. 2025-ci ilin birinci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edirik. Bütün məhsul və xidmətlərimizi müştərilərimizə “Birbank” brendi üzərindən təqdim edəcəyik.
ABC.AZ xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov bu ilin on bir ayı və gələn ilin planlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O diqqətə çatdırıb ki, “Kapital Bank” filialları da “Birbank” filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək.
“2021-ci ildə tətbiqimizə onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib. Bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir”, - deyə F.Hüseynov qeyd edib.
21 Avqust 2026
21 Avqust 2026