11:52 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. OpenAI, ödənişli abunəliyi olmayanlar da daxil olmaqla bütün istifadəçilər üçün öz ChatGPT axtarış sisteminə giriş açıb.
ABC.AZ xəbər verir ki, alət chatbotun veb versiyasında və mobil və PC tətbiqetmələrində mövcuddur. Gələn həftə ChatGPT-də genişləndirilmiş səsli axtarışın işə düşəcək.
ChatGPT axtarışı brauzerdə standart axtarış sistemi kimi təyin edilə bilər. Bu halda, sorğu zamanı axtarış sətirində OpenAI alətindən istifadə ediləcəkdir.
Bundan əlavə, mobil cihazlardakı ChatGPT-də xəritələr əlavə olunur ki, bu da yerli restoran və müəssisələri müasir məlumatlardan istifadə edərək axtarmağa və müzakirə etməyə imkan verir.
Xatırladaq ki, dekabr ayında OpenAI "düşünən" O1 modelinin tam versiyasını və bunun üçün peşəkar rejimi təqdim etmişdi.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026