10:16 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Suriya Mərkəzi Bankının qızıl ehtiyatı 2011-ci ildən etibarən azalmayıb və ümumi dəyəri 2,2 milyard dollar olan təxminən 26 ton qızıl təşkil edir.
ABC.AZ xəbər verir ki, məlumata görə, talançıların daxil ola bilmədiyi Mərkəzi Bankının əsas anbarı ötən həftə Suriyada hakimiyyəti ələ keçirən qruplaşmaların nümayəndələri tərəfindən yoxlanılıb. Bununla yanaşı, Suriya Mərkəzi Bankı çox az miqdarda nağd valyutaya malikdir. Mənbələrin məlumatına görə, söhbət 200 milyon dollardan gedir, digər mənbə isə bu rəqəmin "bir neçə yüz milyon" ola biləcəyini bildirib. Təxminən eyni məbləğdə Bankın Suriya funtunda saxlanılan ehtiyatları dollarla qiymətləndirilir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026