Onlara ödənilən xidmət haqqı nağdsız həyata keçiriləcək

16:46 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (Qafqazinfo)