Baltikyanı ölkələr Rusiyanın elektrik şəbəkəsindən ayrılır

11:19 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. 8 fevral 2025-ci ildə Baltikyanı ölkələrin enerji sistemləri Rusiya elektrik şəbəkəsindən ayrılacaq və enerji sistemlərinin enerji adası rejimində birgə sınaqlarına başlayacaq.

ABC.AZ xəbər verir ki, kontinental Avropa tezliyi ilə sinxronizasiya 9 fevralda baş verəcək. Bu barədə Estoniyanın “Elering” enerji şirkəti bildirib.