Mərkəzi Bankın valyuta ehtiyatları 403 milyon dollar azalıb

14:47 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi noyabrda daha 403.9 mln. dollar və ya 3.55% azalıb.

ABC.AZ xəbər verir ki, 28 noyabr 2024-cü il tarixinə ehtiyatların həcmi 10 mlrd. 967.8 mln. dollar təşkil edib.

Beləliklə, son iki ayda Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarına müdaxilə fonunda 828 mln. dollar azalmış oldu.

Qeyd edək ki, noyabrın əvvəlində Mərkəzi Bank bunu valyuta bazarına müdaxilə deyil, dövlət xərcləri ilə bağlı olduğunu bildirmişdi.