10:15 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 2024-cü ilik oktyabr ayında 252.9 milyon manat həcmində əməliyyat ediblər.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir verir ki, bunun da 147.4 milyon manatı “Visa” və 101.4 milyon manatı isə “MasterCard” ilə aparılıb.
Bununla da ilin ilk 10 ayında əcnəbilər 2 milyard 241.4 milyon manat ekvivalentində bank kartları ilə xərc çəkmiş olublar.
Bu da keçən ilin müvafiq dövründən 602.80 milyon manat və ya 37% çoxdur. Belə ki, 2023-cü ilin müvafiq müddətində əcnəbilərin kartlarla əməliyyatları 1 milyard 638.6 milyon manat təşkil edib.