12:40 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, noyabrın 26-da valyuta hərracında bankların tələbi 73,30 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 1,3 milyon dollar (1,74%) azdır. Noyabrın 21-də keçirilən valyuta hərracında AMB banklara 74,60 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.