“Azərmaş”-ın nizamnamə kapitalı kəskin artırılıb - 10 milyon manat çoxaldıldı

12:23 - 22.11.2024


22 noyabr, Fineko/abc.az.  Dövlətə məxsus “Azərmaş” ASC-nin törəməsi, əsasən avtomobillərin satış və lizinqini həyata keçirən “Azərmaş” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə fondu 10 manatdan 10 000 010 manata qaldırılıb.

Xatırladaq ki, “Azərmaş” MMC 2017-ci ildə yaradılıb, onun direktoru Rüfət İsmayılov Abdul oğludur.