Qazaxıstanda rus dili üzrə beynəlxalq təşkilat haqqında qanun qəbul edilib

14:21 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Qazaxıstan parlamentinin Senatının (yuxarı palatasının) deputatları MDB-nin himayəsi altında beynəlxalq rus dili təşkilatının yaradılması haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiq ediblər.

ABC.AZ xəbər verir ki, müqavilədə hökumətlərarası birlik statusu ilə beynəlxalq rus dili təşkilatının yaradılması nəzərdə tutulur. Senatın Beynəlxalq Münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin rəyində deyilir: “Təşkilatın fəaliyyəti təsdiq edilmiş Nizamnamə ilə tənzimlənəcək və mənfəət əldə etməyə yönəldilməyəcək".

Müqavilənin icrası, rus dilinin dövlətlərarası ünsiyyət vasitəsi kimi dəstəklənməsi və təbliği məsələlərində qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün şərait yaratmağa yönəlmişdir. Qarşılıqlı fəaliyyət üçün əsas dostluq, mehriban qonşuluq, millətlərarası razılıq, inam və qarşılıqlı anlaşma prinsipləri olacaqdır.

"Təşkilat iştirakçı ölkələrin qarşılıqlı əlaqəsi üçün platforma olacaq, ünsiyyət vasitəsi kimi rus dilinin mövqeyinin möhkəmlənməsinə və təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcək", — məlumatda deyilir.