10:32 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Türkiyə, Bakıda keçirilən BMT-nin iqlim konfransında iştirak etmək üçün yollanan İsrail prezidenti İshak Hersoqun təyyarəsinə öz hava məkanından uçmasına icazə verməyib.
ABC.AZ xəbər verir ki, bu məlumatı “Sabah” qəzetinə Türkiyənin güc strukturlarındakı mənbələr təsdiqləyib.
"İsrail Prezidentinin BMT-nin iqlim konfransında iştirak etməməsinin əsas səbəbi Türkiyənin hava məkanından keçmək üçün icazə verməkdən imtina etməsidir", - deyə nəşr yazır.
Şənbə günü İsrail Prezidentinin ofisi Hersoqun Azərbaycana səfərinin "təhlükəsizlik səbəbindən" ləğv edildiyini bildirmişdi.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026