“ADNOC” şirkəti Almaniyanın “SAFE” şirkəti ilə LNG tədarükünə dair uzunmüddətli müqavilə bağlayıb

14:45 - 7.11.2024


7 noyabr, Fineko/abc.az. Abu Dabi Milli Neft Şirkəti “ADNOC”, Almaniyanın “SEFE” şirkəti ilə uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) müqaviləsi bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilə 2028-ci ildən başlayaraq 15 il ərzində ildə 1 milyon ton LNG tədarükünü nəzərdə tutur. 

Müqavilə mart ayında imzalanan ilkin sövdələşmənin nəticəsidir və onu son satış müqaviləsinə çevirir. “ADNOC” yanacağı, şirkətin Abu Dabi yaxınlığındakı Ruvaisdə inşa etdiyi LNG ixrac terminalından göndərəcək.