14:06 - 30.08.2018
30 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti hərrac keçirib.
“Avqustun 30-da Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.
Avqustun 28-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.