ABŞ-da prezident seçkiləri "Nasdaq" və "Bitcoin"ə müsbət təsir edib

12:34 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca “Nasdaq” birjasında da sanki canlanma hiss olunur. 

ABC.AZ xəbər verir ki, seçkilər "Nasdaq"la yanaşı “Bitcoin”ə də müsbət təsir edib.

Belə ki, “Nasdaq Composite” birjası 0,8%, “S&P 500” birjası isə 0,2% dəyər qazanıb.

Amerika fond fyuçersləri səhər saatlarında daha da bahalaşıb.

Donald Trampın prezident seçkilərində qələbəsi ilə bağlı ehtimal “Bitcion”i rekord həddə daha da yaxınlaşdırıb.

 Müəllif: Elmir Murad