14:08 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank monetar siyasətdə tənzimlənmə üçün tətbiq etdiyi əsas faiz dəhlizi parametrlərinə dair noyabrın 1-də qərar verəcək.
Aşağı səviyyəli illik inflyasiya şəraitində tənzimləyicinin hansı qərarı verməsi bazar tərəfindən maraq doğurur, baxmayaraq ki, bu dəhlizin bazarda hələ də güclü təsiri yoxdur.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti cari ildə yeddinci dəfə faiz qərarı verir və indiyə qədər yola salınan iclasların 3-də faiz endirimi, qalan 3-də isə gözləmə mövqeyinə çəkilib.
Mərkəzi Bank son iclasda eyham vurub ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. (Banker)