10:25 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-ların cəmi kredit portfeli 744,6 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kredit protfeli son bir il ərzində 340,3 milyon manat və ya 84% artıb.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatın məbləği 56,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 milyon manat (46%) çoxdur.
Nəticədə BOKT-ların xalis kredit portfeli 322,6 milyon manat (88%) artaraq 688 milyon manata yüksəlib.