Neft ucuzlaşır, Brent bir barelə $73,95 təşkil edir

09:25 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə artımdan sonra çərşənbə axşamı ticarətində etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:20-də $0,34 (0,46%) azalaraq bir barel üçün $73,95-a düşüb. Oktyabrın 21-də keçirilən hərracların nəticələrinə görə,  Brent neftinin dekabr fyuçersləri $1,23 (1,68%) artaraq bir barel üçün $74,29-a çatıb.

Saat 09:20-dək NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,29 (0,41%) azalaraq bir barel üçün $70,27-a düşüb. Oktyabrın 21-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $1,34 (1,94%) artaraq bir barel üçün $70,56-a çatıb.