14:21 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Üçüncü rübdə qlobal smartfon tədarükü 4% artaraq 316.1 milyon ədəd təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə “International Data Corporation”ın (IDC) hazırladığı ilkin məlumatlarda qeyd edilib. Sözügedən məlumatlarda bildirilir ki, göstərici ardıcıl beşinci rübdür ki, artır. “Vivo”, “OPPO”, “Xiaomi”, “Lenovo” və “Huawei” kimi Çin istehsalçılarının güclü satış artımı ilə smartfon bazarı qlobal iqtisadi çətinliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirir.
İyul-sentyabr aylarında tədarüklərin 2.8% azalmasına baxmayaraq, “Samsung” qlobal bazarda lider mövqeyini saxlamaqda davam edir.
Müəllif: Elmir Murad
14 Avqust 2026