Siyarto: "Lukoyl"un Macarıstana neft tədarükü bərpa olunub

15:11 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az. "Lukoyl" şirkətinin Macarıstana neft tədarükü bərpa olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər naziri Peter Siyarto bildirib.

Bundan əvvəl Macarıstanın “MOL” şirkətinin Kiyevlə Belarus-Ukrayna sərhədində neftə mülkiyyət hüquqlarının verilməsi barədə razılığa gəldiyi bildirilmişdi.