Azərbaycanda bu YDM-lər bağlandı

11:55 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az. "MSDIS Holding"ə məxsus "MS Oil" yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.

ABC.AZ xəbər verir ki, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.

Belə ki, "MS Oil"in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

- Koroğlu Rəhimov küçəsi 65;

- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

- Bakı şəhəri, Salyan şosesi 13 km;

- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.

Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini "SOCAR"a icarəyə verib.

Artıq həmin ünvanların bəzilərində "SOCAR" brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır. (İqtisadiyyat.az)