Neft ucuzlaşır, Brent bir barelə $77,70 təşkil edir

09:40 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin nəticələrinə görə 9% artımdan sonra bazar ertəsi keçirilən ticarətdə azalır.

Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:35-də $0,35 (0,45%) azalaraq bir barelə $77,70-a düşüb. Oktyabrın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,43 (0,55%) artaraq bir barel üçün $78,05-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersi saat 09:35-də $0,24 (0,32%), bir barelə $74,14-a düşüb. Oktyabrın 4-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,67 (0,91%) artaraq bir barelə $74,38-a çatıb.

Ötən həftə Brent markalı neft, WTI isə 9,1% bahalaşıb.