Rusiya Özbəkistana neft tədarükünü artırıb

14:48 - 4.10.2024


4 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Rusiya neftinin Qazaxıstandan Özbəkistana tranzitinin həcmi 2023-cü il üçün ümumi göstəricilərlə müqayisədə 30% artmışdır. 

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin Rusiya Federasiya Şurası ilə Qazaxıstan Senatı arasında əməkdaşlıq Komissiyasının videokonfrans formatında keçirilən 22-ci iclasında bildirib.