Ukraynada LPG qiymətləri aksiz vergiləri artandan sonra yüksəlib – benzin və dizelin qiyməti stabildir

17:21 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Monitorinq məlumatlarına görə, sentyabrın 30-da Ukraynada A-95 benzininin orta pərakəndə satış qiymətləri litr başına 56,57 UAH (ayda -0,02 UAH), dizel yanacağı litr başına 52,77 UAH (-0,08 UAH), avtoqaz litr başına 32,92 UAH (+4,05 UAH) təşkil edir.

Qiymətlərin dəyişməsinin səbəblərindən danışırkən, xatırladırıq ki, Ukraynada sentyabr ayından etibarən yanacağa aksiz vergiləri artıb. Benzin üçün aksiz dərəcələri 211,5 avrodan 242,6 avroya, dizel yanacağı üçün 139,5 avrodan 177,6 avroya, avtoqaz üçün 52 avrodan 148 avroya yüksəlib.

Layihə müəlliflərinin hesablamalarına görə, qanun benzinin litr başına 1,50 UAH, dizelin 1,95 UAH, avtoqazın 5,8 UAH bahalaşmasına gətirib çıxaracaq.