Neft ucuzlaşmaqda davam edir, Brent bir barelə 72,82 dollar təşkil edir

09:25 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Benchmark neft qiymətləri bir gün əvvəl ucuzlaşdıqdan sonra cümə axşamı ticarətdə enməyə davam etdi.

ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti saat 09:20-də 0,64 dollar (0,87%) ucuzlaşaraq bir barelə 72,82 dollara düşüb. Sentyabrın 25-də keçirilən ticarətin yekunlarına görə, noyabrda Brent markalı neftin fyuçersləri 1,71 dollar (2,27%) ucuzlaşaraq bir barelə 73,46 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında saat 09:20-də WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,63 dollar (0,90%) ucuzlaşaraq bir barelə  69,06 dollar olub. Sentyabrın 25-də ticarət nəticəsində WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,87 dollar (2,61%) ucuzlaşaraq bir barelə 69,69 dollar təşkil edib.