09:55 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Oktyabrın 20-də Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum uğursuz olarsa, respublika sakinləri pulsuz qazdan istifadə etmək imkanı əldə edəcəklər.
ABC.AZ xəbər verir ki, bu barədə "Pobeda" müxalifət blokunun rəhbəri İlan Şor bildirib.
"Əgər biz çıxıb "yox" desək və Aİ-yə onun yerini göstərsək, mən öz kişi sözümü verirəm ki, dekabrın 1-dən hər bir fiziki şəxsin <...> evinə tamamilə pulsuz qaz çəkiləcək", - deyə Şor videomüraciətində bildirib.
O, təfərrüatları açıqlamayıb, eyni zamanda respublikanın infrastrukturuna və sosial sahəsinə 2 milyard dollar sərmayə cəlb edə biləcəyinə əmin edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026